Airfryer-də 16 Dəqiqəyə Pambıq Kimi Muffin

Yields: 1 Serving

Çay və qəhvənin yanına tez hazırlanan pambıq kimi muffin hazırlaya bilərsiniz. Evdar.az airfryer-də 16 dəqiqəyə bişən muffin reseptini təqdim edir.

Airfryer-də 16 Dəqiqəyə Pambıq Kimi Muffinin tərkibi:

  • 1 ədəd yumurta
  • 4 xörək qaşığı şəkər tozu
  • 1 çay qaşığı süd
  • 1 çay qaşığı duru yağ
  • 5-6 xörək qaşığı un
  • 1 paket qabartma tozu
  • 1 paket vanil
  • bir ovuc üzüm qurusu

Üzəri üçün:

  • zövqə görə damla şokolad, doğranmış qoz ləpəsi,badam ləpəsi

Airfryer-də 16 Dəqiqəyə Pambıq Kimi Muffinin hazırlanma qaydası:

Bir qabda yumurta və şəkər tozunu köpüklənib ağarana qədər mikserlə çırpın. Üzərinə yağ və südü də əlavə edib qarışdırın. Ələnmiş un, qabartma tozu və vanili əlavə edib qarışdırın. Xəmirə bir az üzüm qurusu əlavə edib qarışdırın. Xəmiri muffin qəliblərinə boşluq qalmayacaq şəkildə doldurun. Xəmirlərin üzərinə zövqə görə damla şokolad, doğranmış qoz ləpəsi və badam ləpəsi səpib fritozda və ya əvvəlcədən 160 dərəcə qızdırılmış sobada bişirin. Əgər airfyer-də bişirəcəksinizsə, “keks” rejimini seçib 160 dərəcədə 16 dəqiqədə bişirin. Bu reseptlə 9 ədəd muffin əldə edə bilərsiniz və istəyə görə inqrediyentləri artıra bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir