Antioksidantla Zəngin Közlənmiş Badımcan Şorbası

Yields: 1 Serving

Közlənmiş badımcan, ətdən sonra, hətta ətlə rəqabət aparan manqal ləzzətidir. Manqalda bişən toyuq və ətin yanına hazırlanan qarnitürdür. Közlənmiş badımcandan hətta ağız sulandıran dadlı şorba hazırlaya bilərsiniz. Evdar.az közlənmiş badımcan şorbasının reseptini təqdim edir.

Közlənmiş Badımcan Şorbasının tərkibi:

  • 3 ədəd badımcan
  • 2 xörək qaşığı kərə yağı
  • 1,5 xörək qaşığı un
  • 1 stəkan süd
  • 5 stəkan su
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı istiot
  • 1 diş sarımsaq
  • 1/8 budaq şüyüd

Közlənmiş Badımcan Şorbasının hazırlanma qaydası:

İlk öncə badımcanları közləyin (manqalda, sobada və ocaq üstündə). Şorbanı hazırlayacağınız qazanda kərə yağını əridin və unu yağda yüngül qovurun. Bu proses üçün tel çırpıcıdan istifadə edin. Közlənmiş badımcanın qabığını soyub kiçik kub formasında doğrayın. Badımcanları qovrulmuş una əlavə edib qarışdırın. Əzilmiş sarımsağı və suyu yavaş-yavaş əlavə edin. Şorba qaynamağa başlayanda südü əlavə edib qarışdırın. Şorbanı bir buğum qaynadın. Duz, istiot və xırda doğranmış şüyüd ilə şorbanıza dad verin. Hamar bir şorba istəyirsinizsə əl blenderi ilə qatılaşdıra bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir