Heyvanların istismarına qarşı çıxan və bu nizamı dəyişdirmək üçün öz üzərinə düşəni edən insanlara vegan deyilir. Veqanizmi qəbul edən insanlar hər cür ət məhsullarını, yumurtaları, süd məhsulları və heyvanlardan hazırlanmış geyim məhsullarını istifadə etməkdən imtina edirlər. Hətta bəzi veganlar balın hazırlanmasında arıların zərər gördüyünü düşünərək balı heç vaxt istifadə etmirlər.
Vegan balı, bəlkə də bal deyil, amma konsistensiyası, dadı və görünüşü bal kimidir. Təzə limon suyu, şəkər tozu və alma ilə hazırlanan bu bal, bala alternativ ola biləcək ən yaxşı reseptlərdən biridir. Həm görünüşü, həm də dadı bala çox yaxındır. Ancaq tərkibində çoxlu şəkər olduğu üçün çox istifadə etməməkdə fayda var. Evdar.az arısız vegan balın hazırlanma qaydasını təqdim edir.
Arısız Vegan Balının tərkibi:
- 750 ml alma suyu
- 1/2 kq şəkər tozu (zövqə görə qəhvəyi şəkər tozu)
- 1/2 limon suyu
Arısız Vegan Balının hazırlanma qaydası:
Bir qazanda alma suyu, şəkər tozu və limon suyunu qarışdırıb ocağa qoyub 45 dəqiqə qaynadın. Qaynadıqca su buxarlaşacaq və qatılaşacaq (qaşığın içində çətin çevriləcək bir konsistensiyaya çatmalıdır). Rəngi də tündləşəcək. Ocaqdan götürüb soyudun və soyuduqdan sonra bankaya tökün. Ən az 5 saat soyuducuda saxlayın. Və ya gecə hazırlayıb səhər istifadə edə biləriniz.
Nuş Olsun!