Ayda 4 Kilo Verdirib Göbək Yağlarını Əridən Bir Möcüzə: Darçınlı Süd

Yields: 1 Serving

Artıq çəkidən, xüsusən qarın ətrafındakı yağdan şikayətlənirsinizsə və nə etsəniz də arıqlaya bilmirsinizsə, bəlkə də darçın südünə bir şans verməyin zamanı gəldi.

Hər ikisi ayrı-ayrılıqda çox faydalı olan süd və darçın güclərini birləşdirdikdə maddələr mübadiləsinin daha sürətli işləməsini və yağ yandırmağı sürətləndirir. Belə ki, darçınlı südün ayda 4 kilo verdirdiyi deyilir.

Evdar.az bu möcüzəvi içkinin faydalarını və hazırlanma qaydasını təqdim edir.

Darçınlı südün faydaları

  • Süddəki protein maddələr mübadiləsini sürətləndirmək və yağ yanmasını asanlaşdırmaq xüsusiyyətinə malikdir.
  • Darçın sizi doyurmaqda və şirniyyat krizlərini yatırmaqda çox müvəffəq olur. Digər tərəfdən zərərli toksinləri bədəndən çıxarmağa kömək edir və həzm sisteminizin işini daha yaxşı işlədir. Bundan əlavə şişkinlik və həzm pozğunluğuna səbəb olan bakteriyalarla mübarizə aparan darçın da şişkinlik problemlərini aradan qaldırır.
  • Bu iki super qəhrəman, süd və darçın bir araya gəldikdə, arıqlamağa kömək edən və sağlamlığınız üçün çox faydalı bir qidaya çevrilir.
  • Şirin qoxusu və dadı ilə bildiyimiz arıqlama üsullarından daha çox ləzzətli olan darçınlı süd, içinə şəkər əlavə etmirsinizsə və başqa yeməklərdə sağlam qidalanmağa davam etsəniz ayda 4 kiloya qədər arıqlayacaqsınız.
  • Əlbəttə ki, darçınlı südün yeganə faydası bununla məhdudlaşmır. Darçınlı süd yuxusuzluq probleminə də yaxşı təsir edir və yatmazdan əvvəl içildiyində qısa müddətdə yuxuya getməyinizə kömək edir.
  • Boğazı yumşaldaraq üst tənəffüs yolu xəstəliklərinin yaxşılaşmasına kömək edir. Həzm sisteminin nizamlı işini təmin edərək qəbizlik probleminə həll olur. Son olaraq qan şəkərinin tənzimlənməsinə və təzyiqin aşağı düşməsinə kömək edir.

Darçınlı süd necə hazırlanır?

Tərkibi:

  • 1 stəkan az yağlı ya da yağsız ( light) süd
  • 1 çay qaşığı darçın

Hazırlanma qaydası:

İlk öncə südü isidin. Süd isitdikdən sonra bir stəkana tökün və üzərinə darçını əlavə edib yaxşıca qarışdırın.

Bu qarışıqdan bir stəkan günortadan sonra və gecə yatmazdan əvvəl qəlyanaltı kimi için. Gecə yatmazdan əvvəl içmək, yatdıqda da yağ yandırmağa kömək edə bilər. Gündə 2 dəfə içə biləcəyiniz darçın südünü mütəmadi olaraq istifadə etdiyinizdə, ayda 4 kilo arıqlaya və xüsusilə qarın və bel ətrafınızdakı artıq yağlardan xilas ola bilərsiniz.

Əlbəttə ki, darçınlı südün çəki atmağa kömək etməsi üçün heç bir şirniyyat yeməməlisiniz, meyvə və tərəvəz yeyib və xüsusilə axşam saat 8-dən sonra heç bir şey yeməməlisiniz.

Son və vacib qeyd: Hər pəhrizdə olduğu kimi, darçınlı süd pəhrizini tətbiq etməzdən əvvəl mütləq həkiminizlə məsləhətləşin. Xüsusilə laktoza dözümsüzlük və ya süd və ya darçına qarşı həssas olanlar, sağlamlıq zarafat deyil!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir