Maxara -Azərbaycanın şimal-qərb bölgəsinə, əsasən Zaqatala-Balakən rayonlarına aid milli mətbəxinin təamlarındandır. Özünəməxsus dadı ilə yanaşı bişirilmə qaydası ilə də fərqlənən Maxara öz formasına görə günəşə bənzədilir. Maxara sacda bişirilir. Sacda bişdikdə ətrafları üzülərək günəşin şüalarını xatırladan saçaqlar əmələ gəlir. Evdar.az Azərbaycanın milli sac yeməyi Maxaranın reseptini təqdim edir.
Tərkibi:
- 2 ədəd yumurta
- 4 qaşıq şəkər tozu
- 1 litr süd
- çimdik duz
- 7 qaşıq un
Hazırlanma qaydası:
İlk öncə bir qabda yumurtaları sındırıb tel çırpıcıyla yaxşıca çırpın. Üzərinə şəkər tozu əlavə edib qarışdın. Daha sonra süd töküb qarışdırılma prosesini davam etdirin. Üzərinə un və duz da əlavə edib yaxşıca çırpın. Alınmış məhlula umac deyilir. Umac qaydasında olmalıdır nə çox duru , nə də çox qatı. Daha sonra sacı qızdırıb yağlayın. Hazırlanan umacdan bir stəkan götürüb sacın üzərinə töküb iki tərəfli bişirin.
Bu proses umac bitənədək davam edin. Bişən maxaralar balla, şirin çayla və ya sadə formada yeyilir. Zövqə görə Maxaranın umacına şəkər tozu vurmayıb bişdikdən sonra üzərinə səpib yeyə bilərsiniz.
Nuş Olsun!