Azərbaycan Mətbəxinin Milli Şirniyyatı: Kövrək və Xırçıltılı Qatlama

Azərbaycan Mətbəxinin Milli Şirniyyatı – Kövrək və Xırçıltılı Qatlama
Yields: 1 Serving

Qatlama və ya bişi – Azərbaycan milli mətbəxinin kövrək və xırçıltlı  şirniyyatıdır. Evdar.az qat-qat, xırçıltılı qatlamanın reseptini təqdim edir.

Tərkibi:

  • 5 stəkan un
  • 2 ədəd yumurta
  • 5 xörək qaşığı bitki yağı
  • 2 stəkan süd
  • 10 qr maya
  • 1 xörək qaşığı şəkər tozu
  • 1 çay qaşığı duz

Ara qatlarını yağlamaq üçün:

  • 300 qr əridilmiş yağ

Qızartmaq üçün:

  • 500 ml bitki yağı

Hazırlanma qaydası:

Dərin bir qaba unu ələyin. Mayanı suda həll edib kənara qoyun. Unun üzərinə yumurta, bitki yağı, süd, şəkər tozu, duz və aktivləşən mayanı əlavə edib ələ yapışmayan yumşaq xəmir yoğurun . Xəmirin üzərini örtüb 1 saatlıq kənarda saxlayın.  Mayalanan xəmiri kündələrə bölüb, üzərini örtüb kənarda 20 dəqiqə saxlayın. Daha sonra kündələri bir-bir yayıb, yağlayın. Bu qaydayla bütün künədləri nazik yayıb, üst-üstə düzüb yağlayın. Ən sonuncu qatı yağlamayın. Xəmir kəsənlə və ya bıçaqla 2 barmaq enində zolaqlar kəsin. Daha sonra bu zolaqları barmağınıza dolayıb əlinizlə forma verin. Yəni iki qatlayın, orta hissəsində boşluq qalsın. Forma verdiyiniz xəmirləri aralıqla dəzgahın üzərinə düzün. Üzərini örtüb 10 dəqiqə kənarda saxlayıln.  Qazana bitki yağı töküb qızdırın. Xəmirləri orta ocaqda hər iki üzünü bol yağda qızardırın. Qatlamaların artıq yağını çəkməsi üçün salfet sərilmiş boşqaba düzün. Soyuduqdan sonra üzərinə şəkər tozu və ya şəkər kirşanı səpib süfrəyə verin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir