200 növü olan Azərbaycan plovu xalq arasında “Azərbaycan mətbəxinin Şahı” sayılır.Bu növlərin hər birinin ayrı-ayrılıqda hazırlanma metodu və özünəməxsus dadı var. Bunlardan biri də Ləvəngi plovdur. Evdar.az Azərbaycan milli mətbəxindən Ləvəngi plovun reseptini təqdim edir.
Tərkibi:
- 1 ədəd toyuq
- 3 ədəd soğan
- 1 stəkan qoz ləpəsi
- 3 xörək qaşığı alça turşusu
- duz, istiot
Hazırlanma qaydası:
İlk öncə soğanı ət maşınından keçirin. Təmiz parçaya soğanı töküb sıxıb, acı suyunu çıxarın. Qozu qozçəkən maşından keçirib soğanla qarışdırın. Duz,istiot və turşu əlavə edib yaxşıca qarışdırın. Bütöv toyuğun içərisinə və üstünə duz, istiot səpin və turşu ilə turşulayın. Hazır içliyi toyuğun içərisinə doldurun. İçlik axmasın deyə toyuğun ayaqlarını bir-birinə keçirin. Soba sinisini yağlayıb,1 stəkan su əlavə edib toyuğu yerləşdirin. Əvvəlcədən 150 dərəcə qızdırılmış sobada tam bişənə qədər qızardın. Düyünü adi qaydada hazırlayın. Süfrəyə düyünü ləvəngi ilə birlikdə verin.
Nuş Olsun!
Salam.Çox sağ olun ki, milli mətbəximizin unudulmuş bəzi yeməklərin bişirilmə qaydasini xatirladirsiniz.Amma mənə maraqli olan o,oldu ki, bu yeməkləri bütün bölgələrin adi ilə adlandirdiğiniz halda “Ləvəngi “plovun hansi zonaya aid olduğunu təəssüf ki, yazmamisiniz.!Cavablandirsaniz sevinərəm.
Salam. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Ləvəngi plov- Cənub bölgəsinin ən sevilən və dadlı təamıdır.