“Mirzə Qasımbəy “yeməyi qədim Azərbaycan mətbəxinin doyumlu, həm də ləzzətli yeməyidir. Mətbəximizin bu dadlı yeməyi Azərbaycanla yanaşı İranda da olduqca məşhurdur. İranda bu yeməyə Qasımbəy yox, Mirzə Qasımi adı verilib. Evdar.az ləzzətli Qasımbəy yeməyinin reseptini təqdim edir.
Tərkibi:
- 5 ədəd badımcan
- 5 ədəd pomidor
- 1 baş (15-20 diş ) sarımsaq
- 100 qr qoz ləpəsi
- 2 xörək qaşığı ərinmiş kərə yağı
- 100 ml qarğıdalı yağı
- 2 ədəd yumurta
- 1-2 budaq keşniş
- 1-2 budaq şüyüd
- zövqə görə duz, istiot, zəfəran
Hazırlanma qaydası:
İlk öncə pomidor və badımcanı közdə yumşalana qədər bişirin. Və ya çəngəllə deşərək soba sinisinə düzüb 200 dərəcə qızdırılmış sobada yumşalanadək bişirin. Bişən tərəvəzlərin qabığını soyub ət maşınından keçirin və ya xırdalayın. Zəfəranın üzərinə qaynar su töküb dəmlənməsi üçün kənara qoyun. Qoz ləpəsini və sarımsaqları sürtgəcdən keçirin. Tavaya kərə yağı və ya duru yağ töküb ilk öncə badımcanı 10 dəqiqə qovurun və bir qaba tökün. Tavaya yenidən yağ töküb sarımsaqları 1-2 dəqiqə qovurub badımcanların üzərinə əlavə edin. Yenidən tavaya yağ töküb qozu 1-2 dəqiqə qovurub badımcanın üzərinə tökün. Tavaya yenidən yağ töküb pomidorun bişirin. Tavada bişən pomidorun üzərinə qovrulmuş badımcan, sarımsaq və qozu da əlavə edib qarışdırın. Duz, istiot və yağ töküb qarışdıraraq qovurun. 1-2 budaq keşniş və şüyüdü xırda doğrayın. Bir qabda yumurtanı yüngül çırpın, üzərinə xırda doğranmış göyərti, zövqə görə duz, istiot və dəmlənmiş sarımsaq əlavə edib qarışdırın. Bişən yeməyə yumurtanı əlavə edib yeməyi qarışdıraraq bişirin.
Nuş olsun!