Bağırsaq Xərçənginin Düşməni – Yulaf Çörəyi

Yields: 1 Serving

Yulaf çörəyi bağırsaq xərçənginin qarşısını alan ən təsirli təbii qidadır və pəhriz siyahılarının başındadır. Qanda şəkər və xolesterinin miqdarını azaldır. Həzm sisteminə müsbət təsir göstərir. Orqanizmi ağır metallardan (zəhərli qurğuşun, kadmium, xrom və s.) təmizləyir. Evdar.az fərqli və faydalı çörək dadmaq istəyənlər üçün yulaf çörəyinin reseptini təqdim edir.

Yulaf Çörəyinin tərkibi:

  • 2 stəkan tam buğda unu
  • 1 stəkan yulaf əzməsi
  • 1 çay qaşığı şəkər tozu
  • 1 çay qaşığı duz
  • ½ stəkan bitki yağı
  • 1 stəkan ilıq su
  • 1 paket quru maya

Yulaf Çörəyinin hazırlanma qaydası:

Xəmiri yoğuracağınız qaba un, yulaf əzməsi, duz, şəkər tozu və maya töküb qarışdırın. Başqa bir qabda duru yağı və isti suyu qarışdırın. Bu maye qarışığını unun üzərinə əlavə edib xəmir yoğurun. Yoğurma prosesi bitdikdən sonra üzərini örtün və otaq temperaturunda 40 dəqiqə mayalandırın. Xəmir mayalanandan sonra forma verib yağlı kağız sərilmiş soba sinisinə yerləşdirin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin. Bişirdikdən sonra 15 dəqiqə dincəldin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir