Bananlı Krem ilə Möhtəşəm Expressio Tortu

Yields: 1 Serving

Əzizlərinizi çox dadlı ,almalı, bananlı krem ilə hazırlanan möhtəşəm Expressio tortu ilə sevindirə bilərsiniz. Evdar.az dadlı tortun reseptini təqdim edir.

Tərkibi:

Alt qat üçün:

  • 2 ədəd alma

Biskvit üçün:

  • 3 ədəd yumurta
  • 1 stəkan un
  • 1 stəkan şəkər tozu
  • 5 qr vanil

Xamalı-kəsmikli krem üçün:

  • 500 qr xama (20-25%-lik)
  • 1 stəkan şəkər tozu
  • 250 qr kəsmik
  • 5 qr vanil
  • 30 qr tez həll ollunan jelatin
  • 2 ədəd banan
  • bir neçə ədəd badam
  • 1/4 plitka tünd şokolad
  • 40-50 qr 20-% lik qaymaq

Hazırlanma qaydası:

İlk ön cə almaları təmizləyin və dilimləyin. Diametri 26-27 sm olan yağlı kağız sərilmiş və yüngül yağlanmış formaya aralıqlarla doğranmış almaları düzün.

Bir qabda yumurta sarısını 1/2 stəkan şəkər tozuyla və başqa bir qabda yumurta ağını 1/2 stəkan şəkər tozuyla çırpın. Çırpılmış yumurta ağlarını yumurta sarısıyla birləşdirin və un töküb ehtiyyatla qarışdırın. Xəmiri almaların üzərinə töküb 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqəlik bişirin.

Bişən piroqu formadan çıxarıb soyudun. Jelatini yarım stəkan suda həll edin və 30 dəqiqə kənarda saxlayın. Daha sonra jelatini ilıdın və 1-2 dəqiqəlik kənarda saxlayın. Bananı əzin, kəsmik və jelatin kütləsinə birləşdirin. Bananlı kütləni xamalı qarışığa əlavə edin və yaxşıca qarışdırın. Sobadan götürdüyünüz almalı biskviti formadan çıxarın. Formaya yeni yağlı kağız sərin və biskviti formaya yenidən yerləşdirin. Üzərinə xamalı-bananlı-kəsmikli qarışığı yayın.

Kütlə soyuduqdan sonra tortun üzərinə maye qaymaqlı şokoladla və badamla bəzəyin. Yarım saatlıq və ya 1 gecə soyuducuda saxlayın.

Nuş olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir