Bananlı Və Karamelli Şokoladlı Tart

Yields: 1 Serving

Şokolad, banan, karamel… Dadların bu birləşməsindən ortaya çıxan ləziz desert. Evdar.az bananlı və karamelli şokoladlı tartın reseptini təqdim edir.

Bananlı Və Karamelli Şokoladlı Tartın tərkibi:

  • 3 ədəd yumurta
  • 300 qr şokolad
  • 3 ədəd banan
  • 1 vərəq qat-qat xəmir
  • 10 ədəd karamel
  • 10 ədəd şokolad dilimləri

Bananlı Və Karamelli Şokoladlı Tartın hazırlanma qaydası:

İlk öncə yumurtanın ağını sarısından ayırın və ağını mikserlə çırpın. Şokoladı su hamamında əridin. Əridilmiş şokoladın üzərinə yumurta sarısını əlavə edib yaxşıca qarışdırın. Çırpılmış yumurta ağını da əlavə edib yaxşıca qarışdırın.
Bananları böyük dilimləyin. Tart üçün diametri 25 sm olan dairəvi qəlibə xəmiri yayın. Xəmirin üstünə şokolad kütləsini yayın və içərisinə banan və karamel dilimlərini batırın. Şokolad dilimlərini də qəlibin kənarı boyunca kütləyə qoyun və sonra xəmirin kənarlarını içəriyə bükün ki, şokolad tamamilə xəmirlə örtülsün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 25 dəqiqə bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir