Bayram Süfrəniz üçün Bezeli Ağac Peçenyesi

bayram sufresi ucun bezeli agac pecenyesi
Yields: 1 Serving

Həm görünüşü gözəl, həm də dadı möhtəşəm bir bayram şirniyyatı axtarırsınızsa, bu bezeli ağac peçenyeləri mükəmməl seçimdir. Bayram əhval-ruhiyyəsi yaratmaq istəyirsinizsə bu peçenyeləri hazırlayaraq qonaqlarınızı heyran edin. Evdar.az bezeli ağac peçenyesinin reseptini təqdim edir.

Bayram Süfrəniz üçün Əsl Bayram Ləzzəti

Bezeli Ağac Peçenyesinin tərkibi:

  • 4 ədəd böyük yumurta ağı (otaq temperaturunda)
  • 1 stəkan xırda dənəvər şəkər tozu
  • ¼ çay qaşığı krem tartar (tartar kremi )
  •  ½ çay qaşığı vanil ekstraktı
  • şəkərli peçenyelər (beze ağaclarının əsası kimi istifadə etmək üçün)

Bezeli Ağac Peçenyesinin hazırlanma qaydası:

İlk öncə sobanı 90 dərəcəyə qədər qızdırın. Soba qəlibinə yağlı kağız sərin. Bezeni hazırlamaq üçün yumurta ağlarını mikserin orta sürətiylə yaxşıca köpüklənə qədər çırpın. Krem tartarı çırpılmış yumurta ağınıa əlavə edib çırpmağa davam edin. Yüksək sürətlə çırparaq şəkər tozunu qaşıq-qaşıq əlavə edin. Beze parlaqlaşdıqda xoş ətir və dad üçün vanil ekstraktını əlavə edib qarışdırın. Hazırladığınız beze qarışığını ulduz başlıqlı konditer torbasına tökün. Yağlı kağız sərilmiş soba sinisinə kiçik ağac formaları çəkin. Konditer torbasını sıxaraq geniş bir baza ilə başlayın və yuxarıya doğru daraldın, üçbucağa bənzər bir ağac yaradın. Qatlı bir effekt yaratmaq üçün, budaqları təqlid edərək  üstünə daha kiçik təbəqələr çəkin. Bu qaydayla bezedən şam ağacları hazırlayıb əvvəlcədən 90 dərəcə qızdırılmış sobada 1,5-2 saat və ya bezələr tamamilə quru və xırtıldayana qədər bişirin. Sobanı söndürün və bezelərin tamamilə quruması üçün bir saat daha soyudun. Soyuduqdan sonra hər bir beze ağacını şəkərli dairəvi peçenyelərinin üzərinə qoyun. Bayram ab-havasını yaratmaq üçün şəkərli səpmələr, yeməli parıltılar və ya mini konfetlərlə bəzəyin.

Ən dadlı bayram şirniyyatları Ən Dadlı Kulinariya Saytında!

Əlavə qeyd:
  • Otaq temperaturunda olan yumurta ağları daha yaxşı çalınır və daha çox həcm yaradır.
  • İstifadə etdiyiniz çırpma qabında yağ və ya hər hansı qalıq olması yumurta ağlarının düzgün çırpılmasına mane ola bilər.
  • Klassik ağac rəngləri üçün bir damcı yaşıl qida boyası əlavə edin və ya parlaq bayram çalarları ilə qarışdırın.
  • Krem Tartar mereng, zefir, sufle kimi memulatlarda həcm verici və yumurta ağını sabitləmək üçün istifadə olunur.

Nuş OLsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir