Bayram Süfrəsi Üçün Ləziz Meyvə Salatı

Bayram Sufresi ucun Leziz Meyve Salatı
Yields: 1 Serving

Bayram süfrəsində tərəvəz və ət salatları ilə bərabər meyvə salatıyla da fərqlilik yarada bilərsiniz. Evdar.az bayram süfrəsi üçün ləziz meyvə salatının reseptini təqdim edir.

Bayram Süfrəsi üçün Ləziz Meyvə Salatının tərkibi:

  • 1 banka konservləşdirilmiş ananas
  • 1-2 ovuc üzüm qurusu
  • 2 ədəd naringi
  • 1 ədəd portağal
  • 1-2 ədəd alma
  • 2 çay qaşığı limon suyu
  • 2 xörək qaşığı bal

Bayram Süfrəsi üçün Ləziz Meyvə Salatının hazırlanma qaydası:

Üzüm qurusunu 5-7 dəqiqə qaynar suda isladın. Almanı yuyub kub formasında doğrayın. Bir qabda doğranmış almanın üzərinə limon suyu töküb kənarda saxlayın. Konservləşdirilmiş ananası və qabığı soyulmuş naringi dilimlərini doğrayın. Almanın üzərinə yumşadılmış üzüm qurusu, doğranmış ananas və naringi əlavə edib qarışdırın. Servis edəcəyiniz boşqaba salatı töküb üzərinə bal gəzdirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir