Bayram Süfrəsinə Çöp Şişdə Badımcan Ruleti

bayram sufresine cop sisde badimcan ruleti
Yields: 1 Serving

Vitamin və minerallarla zəngin olan badımcan ət, tərəvəz və qızardılmış yeməklərin əsas tərkib hissəsidir. Həm dadına, həm də faydalarına görə bir çox yeməklərdə istifadə olunur. Kalorisi az olmaqla yanaşı, anemiyanın müalicəsində də təsirli rol oynayır. Zəngin qida dəyəri onu pəhriz menyularında vacib bir tərkib hissəsinə çevirir.

Bayram süfrəsinə fərqli və ləziz bir təam hazırlamaq istəyirsinizsə çöp şişdə badımcan ruletini hazırlaya bilərsiniz. Evdar.az ləziz və asan hazırlanan badımcan ruletinin reseptini təqdim edir.

Bayram Süfrəsinə Ləziz və Asan Çöp Şişdə Badımcan Ruleti

Çöp Şişdə Badımcan Ruletinin tərkibi:

  • 300 qr qiymə
  • 50 qr quyruq
  • yarım soğan
  • 1 ədəd kapya bibəri
  • 3 ədəd badımcan
  • duz, istiot, pul bibər

Çöp Şişdə Badımcan Ruletinin hazırlanma qaydası:

İlk öncə yarım soğanı sürtgəcdən keçirin. Quyruğu və bibəri ətçəkən maşından keçirin. Bir qabda qiymənin üzərinə sürtgəcdən keçirilmiş soğan, ətçəkəndən keçirilmiş quyruq, bibər, duz, istiot və pul bibər əlavə edib qarışdırın. Badımcanları nazik dilimləyin və acı suyunu çıxarmaq üçün duzlu suda 10 dəqiqə gözlədin. Acı suyu çıxan badımcanları kağız dəsmalın üzərində qurudun. Badımcan diliminin orta hissəsinə ətli içlikdən yayıb rulet kimi bükün. Bükülmüş badımcan ruletlərini çöp şişə keçirin. Bu qaydayla hazırladığınız çöp şişdə badımcan ruletlərini soba sinisinə yerləşdirin. Üzərinə fırçayla yağ çəkib əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20-25  dəqiqə bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir