Bir Həftəyə 5 Kilo Arıqladan Darçınlı Su Pəhrizi

Yields: 1 Serving

Arıqlamaq, qarın piylərini əritmək istəyirsiniz, ancaq bəlkə də o uzun, sıxıcı pəhriz siyahıları gözünüzü qorxudur. Elə isə bir həftədə 5 kiloya qədər arıqladan darçınlı su pəhrizi axtardığınız həll yolu ola bilər.

Yeməklərə ləzzət qatan, ən sevilən ədviyyatlardan biri olan darçının yağları yandırması, maddələr mübadiləsini sürətləndirməsi kimi xüsusiyyətləri var. Buna görə asan hazırlanan darçınlı su artıq çəkidən xilas olmaq istəyənlərin də bir nömrəli köməkçisidir. Darçınlı su arıqladırmı? Darçınlı su pəhrizi necə edilir? Darçınlı su içməyin faydaları nələrdir? kimi maraqlandıran sualların cavabını Evdar.az sizə təqdim edir.

Darçınlı Su Arıqladırmı?

Darçınlı su pəhrizini eşidən hər kəsin ağılındakı ilk sual budur: “Darçınlı su arıqladırmı? Darçınlı su içmək arıqlamağa necə köməkçi olur?”

Darçını şirniyyatın üzərinə tökdüyünüzdə arıqlamamağınız normaldır. Bir ədviyyat olan və kəskin bir dada sahib olan darçını tək başına istifadə etmək də çox asan deyil. Amma onu darçınlı su qarışığı halına gətirdiyinizdə çəki atmaq üçün də ilk addımı atmış olursunuz.

Çünki darçın yağ yandırmağı sürətləndirir, həzm sistemini tənzimləyib maddələr mübadiləsini sürətləndirir və bu sayədə çəki atmaq müddətinə də dəstək verir.

Darçınlı Su Necə Hazırlanır?

Darçınlı suyu hazırlamaq da darçınlı su pəhrizini tətbiq etmək də asandır. Amma yenə də xəbərdarlıq edək ki, darçına allergiyanız ola bilər, bədəniniz bu pəhrizə mənfi reaksiyalar verə bilər. Buna görə hər pəhrizdə olduğu kimi bu üsulu da tətbiq etməzdən əvvəl həkiminizlə məsləhətləşməyi unutmayın.

Bir Həftəyə 5 Kilo Arıqladan Darçınlı Su Pəhrizinin tərkibi:

  • 1 stəkan içmə suyu
  • 1 çay qaşığı qaşığı darçın

Qeyd: Əgər bir səfərdə çox hazırlamaq istəyirsinizsə 5 stəkan suya 4 ədəd çubuq darçın əlavə edərək də hazırlaya bilərsiniz.Əlavə dad verməsini istəyirsinizsə qarışığa dəfnə yarpağı, mixək və ya alma dilimləri də əlavə edə bilərsiniz.

Darçınlı Suyun Hazırlanma Qaydası:

Bir stəkanı suyu bir qəhvədana ya da kiçik bir qazana tökün və içərisinə darçını da əlavə edərək qaynadın. Qaynadıqdan sonra ocaqdan götürüb bir kənarda ilınmağa qoyun. İlındıqdan sonra qarışığı istifadə edə bilərsiniz.

Bu qarışığı səhər aç qarına və ya axşam yatmazdan əvvəl bir stəkan için. 15 gün istifadə etdikdə daha dəqiq nəticələ əldə edə bilərsiniz. Lakin 15 gün bitdikdən sonra pəhrizi dayandırın və heç davam etməyin.

Darçınlı Su İçməyin Faydaları

  • Bədəndəki yağları yandırmaqla birlikdə nizamlı istifadə etdikdə yağ yığılmasını və bu yağları artıq şəkiyə çevrilməsinə mane olur.
  • Maddələr mübadiləsini sürətləndirir və bədəndəki insulin müqavimətini artırır. Darçının şəkər xəstələrinə tövsiyə edilməsi təsadüf deyil.
  • İştahı basdıraraq adamı uzun müddət tox tutma xüsusiyyətinə malikdir. Xüsusilə şirin yemək istəyinin qarşısını almaqda olduqca təsirlidir.
  • Anti bakterial xüsusiyyətlər daşıyan darçın həzmi çətinləşdirən bakteriyalardan da xilas edir.
  • Pis xolesterol səviyyəsini salır, yaxşı xolesterola isə faydası vardır.
  • Yaddaşı gücləndirir, baş ağrısı və miqrenə yaxşı təsir edir.
  • Sərbəst radikallarla mübarizə aparır və xərçəngi hüceyrələrinin əmələ gəlməsini ləngidir.
  • Darçınlı su antibakterial xüsusiyyəti ilə ağız gigiyenasını təmin edərək diş sağlamlığını da qoruyur.
  • Boğaz ağrısına, öskürəyə çarədir
  • Qadınlarda aybaşıdan əvvəl ağrıları yüngülləşdirir.

2 Şərhlər

  1. Məndə sınamışam heqiqeten eladı piyleri eridir darçınlı su men seherler 2 eded barmaq qeder darçın çubugun üzerine 1 litir qaynar suyu töküb ilındıqdan sonra gün erzinde içirem.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir