Bişməyən Vitaminli “Assorti Mürəbbə”

Yields: 1 Serving

Ərik, portağal və limon ideal şəkildə bir-biri ilə birləşdirilərək unikal dad və ətir yaradır. Evdar.az assorti mürəbbə reseptini təqdim edir.

Bişməyən Vitaminli “Assorti Mürəbbə”nin tərkibi:

  • 2 kq yetişmiş, tumundan ayrılmış ərik
  • 750 qr portağal
  • 1 ədəd limon
  • 1,5-2 kq şəkər tozu

Bişməyən Vitaminli “Assorti Mürəbbə”nin hazırlanma qaydası:

İlk öncə ərik, limon və portağalları yaxşıca yuyun. Ərikləri iki hissəyə ayırıb tumunu çıxarın. Portağal və limonun qabığını soymayın. Limon və portağalı dilimləyib tumlarını təmizləyin. Daha sonra ərik, portağal və limonu ətçəkən maşından və ya blenderdən keçirin. Meyvə parçalarını hiss etmək üçün ətçəkən maşının iri gözündən istifadə edə bilərsiniz. Dərin bir qabda xırdalanmış meyvələrin üzərinə şəkər tozu səpin və 20 dəqiqə yaxşıca qarışdırın. Şəkəri mümkün qədər həll etmək lazımdır. Sonra sərin yerə qoyun və arabir qarışdırın. Bütün şəkərin həll olunduğunu hiss etdikdə, mürəbbə marmelad kimi olduqda hazırdır. Hazır mürəbbəni konteynerlərə doldurub dondurucuda saxlayın. Soyuducuda 2 həftəyə qədər saxlaya bilərsiniz. Buna görə dondurucuda saxlamaq daha yaxşıdır. Qışda istənilən soyuqdəymə üçün çaya əlavə edib və ya sadəcə əridib yeyə bilərsiniz. Bundan əlavə siz onu piroqların və pirojnaların içliyinə əlavə edə bilərsiniz.

Nuş olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir