Vitamin və qida maddələri ilə zəngin əsl yay salatı.. Evdar.az tərkibindəki tərəvəz və göyərtilərlə süfrənizə rəng qatacaq göbələk salatının reseptini təqdim edir.
Bol Vitaminli Göbələkli Yay Salatının tərkibi:
-
400 qr göbələk
-
6 stəkan su
-
1/2 ədəd limon suyu
- 1 ədəd qırmızı şirin bibər
- 1 stəkan konservləşdirilmiş qarğıdalı dənəsi
- 3 xörək qaşığı zeytun yağı
- 2 budaq yaşıl soğan
- 1/2 budaq şüyüd
- 1/2 limon suyu
- 2 ədəd turşu xiyar
- 1 çay qaşığı duz
Bol Vitaminli Göbələkli Yay Salatının hazırlanma qaydası:
İlk öncə göbələkləri yumadan qabığını soyub təmizləyin. Daha sonra göbələkləri nazik doğrayın. Bir qazanda suyu qaynadın. Qaynayan suya doğranmış göbələkləri əlavə edin. Üzərinə limon suyu əlavə edib 10 dəqiqə qaynadın. Göbələklərin suyunu süzüb soyuması üçün kənara qoyun. Başqa dərin bir qabda xırda doğranmış şüyüd, yaşıl soğan, kiçik kub formasında doğranmış turşu xiyar,qırmızı bibər, konservləşdirilmiş qarğıdalı dənəsi əlavə edib qarışdırın. Suyu süzülmüş göbələkləri, zeytun yağı, duz və limon suyunu da əlavə edib yenidən qarışdırıb süfrəyə verin.
Əlavə qeyd:
Göbələkləri qaynatmaq əvəzinə 1 xörək qaşığı yağ ilə tavada yüksək odda qızardaraq salata əlavə edə bilərsiniz.
Nuş Olsun!