Boşqab-Boşqab Yeyə Biləcəyiniz Ləzzətli Göbələkli Plov

Bosqab-Bosqab Yeye Bileceyiniz Lezzetli Gobelekli Plov
Yields: 1 Serving

Bitki mənşəli zülalla çox zəngin olan göbələk düyü ilə birləşdikdə ləzzətli bir dad ortaya çıxır. Evdar.az göbələk sevməyənlərin belə boşqab-boşqab yeyəcəyi bu plovun reseptini təqdim edir.

Boşqab-Boşqab Yeyə Biləcəyiniz Ləzzətli Göbələkli Plovun tərkibi:

  • 1 stəkan düyü
  • 2-3 xörək qaşığı zeytun yağı
  • 1 xörək qaşığı kərə yağı
  • 200 qr göbələk
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı istiot
  • 1/4 dəstə şüyüd

Boşqab-Boşqab Yeyə Biləcəyiniz Ləzzətli Göbələkli Plovun hazırlanma qaydası:

İlk öncə düyünü yaxşıca yuyun və 15 dəqiqə qaynar duzlu suda saxlayın. Soğanı xırda doğrayın və tavada qızdırılmış yağda 2-3 dəqiqə qovurun. Göbələkləri də nazik doğrayın və tavaya əlavə edin. Göbələkləri suyunu buraxana qədər qovurun. İsti duzlu suda isladılmış düyünü süzün və tavaya əlavə edin. Duz və istiot əlavə edib qarışdırın. Tavaya qaynar su əlavə etdikdən sonra qapağını örtüb vam odda bişirin. Su çəkilib bişdikdən sonra ocağın altını söndürün və tavanın üzərinə kağız dəsmal düzüb qapağını örtün. Düyünü 10 dəqiqə dincəlməsi üçün kənarda saxlayın. Şüyüdü xırda doğrayıb düyüyə əlavə edin.  Hazır plovu boşqablara çəkib süfrəyə verə bilərsiniz. 
Əlavə qeyd:
  • Düyünü qovurduqda 1-2 damcı limon suyu və 1 ədəd kəllə qənd əlavə etsəniz, düyü dənəli olacaq və yapışmayacaq.
  • İstəyə görə düyüyə tərəvəz, ət və ya toyuq bulyonundan istifadə edə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir