Boyat Çörəkdən Qəlyanaltı

boyat-çörəkdən-qəlyanaltı1
Yields: 1 Serving Difficulty: Easy
Evinizdə qalan boyat çörəklərlə həmişə nə edəcəyinizi, necə dəyərləndirəcəyinizi düşünürsünüz? Çörəkləri israf etmək əvəzinə boyat çörəklərdən bir çox yemək hazırlamaq olar. Lakin boyat çörəklə yararsız xarab çörəyi qarışdırmayın. Rəngi dəyişən, üzərində ağ və yaşıl təbəqə əmələ gələn çörək qətiyyən istifadə olunmamalıdır!
Evdar.az boyat çörəkdən hazırlanan asan və doyurucu yemək reseptini təqdim edir.

Boyat Çörəkdən Qəlyanaltının tərkibi:

  • boyat çörək (axşamdan qalan, dünənki boyat dilimlənmiş çörək)
  • 4 ədəd yumurta
  • 3 ədəd pomidor
  • kolbasa dilimi
  • kərə yağı
  • rəndələnmiş holland pendiri
  • 150 ml süd
  • duz və istiot

Boyat Çörəkdən Qəlyanaltının hazırlanma qaydası:

İlk öncə dilimlənmiş boyat çörəklərə incə bir təbəqə halında kərə yağı sürtün. Yəni çörəkləri yağlayın. Yağlanmış keks qəlibinə və ya soba listinə çörəkləri yanbayan düzün. Pomidorları yuyun və dilimlər halında kəsin. Pomidor və kolbasanı çörək dilimlərinin arasına yerləşdirin. Duz və istiot əlavə edin. Bir qabda süd ilə yumurtanı çırpın. Sendviç kimi düzdüyünüz bütün çörək, kolbasa və pomidorların üzərinə bu südlü yumurtalı qarışığı tökün. Üzərinə rəndələnmiş pendir səpin. Əvvəlcədən 180-200 dərəcə qızdırılmış sobada çörəklər yumşaq və üzərindəki pendir əriyənə qədər bişirin.
Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir