Bu Şorbanı İçin, Həkimə Getməyə Ehtiyac Qalmayacaq

Yields: 1 Serving

Qış mövsümündə xəstələnərək həkimə müraciət etməmək üçün yeməklərinizə diqqət etməlisiniz. Faydalı şorbalar içərək xəstəliklərdən qoruna bilərsiniz. Qış şorbalarına ən ləzzətli nümunə isə balıq şorbasıdır. Evdar.az həm ləzzətli, həm də faydalı balıq şorbasının reseptini təqdim edir.

Tərkibi:

  • 6 ədəd ləvrək balığı
  • 6 stəkan su
  • 3 xörək qaşığı zeytun yağı
  • 1 ədəd baş soğan
  • 1 ədəd yerkökü
  • 1 ədəd kərəviz sapı
  • 1 diş sarımsaq
  • 1/2 dəstə cəfəri
  • 1 ədəd dəfnə yarpağı
  • 1/2 çay qaşığı zərdəçal
  • 1/2 çay qaşığı keşniş toxumu
  • 1 çay qaşığı dənə istiot
  • 1 çay qaşığı duz
  • 1/2 ədəd limon suyu

Sousu üçün:

  • 1 ədəd limon suyu
  • 1 ədəd yumurta sarısı

Hazırlanma qaydası:

İlk öncə balıqları axar suda yaxşıca təmizləyin və bir qazanın içərisinə qoyub üzərinə soyuq su əlavə edin. Kərəviz sapı, yerkökü və soğanları doğrayaraq qazanın içərisinə əlavə edin. Tərəvəzlərin üzərinə cəfəri, dənə istiot, sarımsaq, dəfnə yarpağı, limon suyu, zərdəçal, keçniş toxumu, duz və zeytun yağını da əlavə edin. Orta ocaqda bişirdikdən sonra şorbanı süzün. Bişən balıqları kənara ayırın. Bişən tərəvəzləri isə blenderdən keçirin və qazana tökün. Şorbanın içərisinə bişmiş balıqları kiçik parçalar halında əlavə edin. Ən sonda sousunu hazırlayıb şorbaya əlavə edin və ocaqdan götürün. Şorbanı isti-isti süfrəyə verin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir