C Vitamini İlə Zəngin Portağal-Kivi Limonadı

Yields: 1 Serving

Bu limonad yalnız qeyri-adi bir ləzzətə deyil, həm də çox iştahaaçan bir görünüşə malikdir. Bundan əlavə, bu limonad C vitamini ilə zəngin olduğundan çox faydalıdır. Evdar.az kivi-portağal limonadının reseptini təqdim edir.

Tərkibi:

  • 4-5 ədəd kivi
  • 1 ədəd alma
  • 2 ədəd portağal
  • 2 ədəd limon
  • 1 dəstə nanə
  • 2 lirt su
  • 6 xörək qaşığı şəkər tozu

Hazırlanma qaydası:

Bütün meyvələri soyun və kiçik parçalara ayırın. Limon və portağalın suyunu bir qazana sıxın, soyulmuş meyvələri də əlavə edin. Üzərinə su töküb ocağa qoyun. Nanə yarpaqları da əlavə edib qaynadın. Qaynamağa başladıqda 5 dəqiqə qaynadıb ocaqdan götürün. Mayeni süzün və yenidən ocağın üstünə qoyun. Şəkər tozu əlavə edin və həll olunana qədər qaynadın. Qazanı ocaqdan götürüb soyudun. Limonadı stəkana töküb portağal, limon və kivi dilimləri ilə süfrəyə verə bilərsiniz. Zövqə görə buz əlavə edə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir