Payız aylarının ən gözəl meyvələrindən olan üzüm qaradan yaşıla qədər hər rəngi və çeşidi ilə hər kəsin sevimlisidir. Üzüm B, C, E vitaminləri və kalium, kalsium, maqnezium, natrium, fosfor, dəmir və kükürd kimi minerallarla zəngin bir meyvədir. Üzümləri mövsümündə dondurub müxtəlif sahələrdə istehlak etmək olar. Dondurulmuş üzüm C vitamini və kaliumla zəngin sağlam qəlyanaltıdır. Evdar.az üzümün dondurulma və istifadə qaydasını təqdim edir.
Üzümü Necə Dondurmaq Olar?
Dondurulmuş üzümləri sevdiyiniz üzüm növlərindən birini və ya bir neçəsini istifadə edərək istədiyiniz kimi hazırlaya bilərsiniz. Evdə asanlıqla dondurulmuş üzüm hazırlamaq üçün bu addımları yerinə yetirmək kifayətdir:
- Seçdiyiniz üzümləri gövdəsindən bir-bir ayırın.
- Əgər onların arasında varsa, çürük, yumşalmış və ya xarab olmağa başlayanları ayırın.
- Sonra üzümləri yaxşıca yuyun.
- Yuduğunuz üzümləri silməklə və ya təmiz dəsmalın və ya kağız dəsmalın üzərində saxlamaqla qurudun.
Tamamilə quruduğuna əmin olduğunuz üzümləri üst-üstə düşməyəcək və dondurucunuza sığan bir siniyə düzün. Sinini dondurucuya 2-3 saatlıq yerləşdirin. Donmuş üzümləri kiçik dondurucu torbalara və ya qablara doldurub yenidən dondurucuya qoyun. İstədiyiniz zaman çıxarıb istifadə edin. Dondurucudan çıxardığınız üzümləri yenidən dondurucuya qoymayın!
Dondurulmuş Üzümü Necə İstifadə Etmək Olar?
Əvvəla bu dondurulmuş üzümləri birbaşa bu şəkildə yeyə bilərsiniz, əlbəttə ki,diş həssaslığınız varsa diqqətli olun! Bundan əlavə, dondurulmuş üzümlə, məsələn ləzzətli içkilər hazırlaya bilərsiniz. Onları smuzi, sorbet, dondurma, desert kimi reseptlərə əlavə edə bilərsiniz. İstəsəniz salatlarınıza da əlavə edə bilərsiniz.
Dondurulmuş üzümləri 1 ilə qədər dondurucuda saxlaya bilərsiniz.
-
Dondurma
Dondurulmuş üzümlə dondurma hazırlayın. Dondurulmuş üzümləri bir az üzüm suyu ilə püre halına salın və qarışığı plastik qəliblərə tökün. Üzümlü dondurmanızı yeməzdən əvvəl ən azı dörd saat dondurun.
-
Sorbet
Dondurulmuş üzümdən sorbet hazırlaya bilərsiniz. Üzümləri mətbəx robotuyla və ya blenderlə püre halına salın. Tumsuz üzümlər sorbetlər və dondurmalar üçün ən uyğundur.
-
Smuzi (smoothie)
Səhər smuzilərinizə dondurulmuş üzüm əlavə edin. Tumsuz qara üzüm və ya yaşıl üzüm smuzilər üçün mükəmməldir.
-
Qəlyanaltı
Dondurulmuş üzümləri soyuq qəlyanaltı kimi istifadə edə bilərsiniz. Sərinləşdirici bir qəlyanaltı üçün dondurulmuş üzümün üzərinə birbaşa limon sıxın. Şirin və duzlu bir ləzzət almaq üçün dondurulmuş üzümlərinizin üzərinə bir çimdik çəhrayı himalay duzu səpin.