Category: Şirniyyatlar, Uşaq Yeməkləri, Xəmir İşləri
Yields:
1 Serving
Səhər yeməyi və çay süfrəsi üçün mayasız, yumurtasız, cəmi 4 ərzaqla ləziz “Keçi pəncəsi” xəmir qızartmasını hazırlaya bilərsiniz. Evdar.az çayınız dəm alana qədər hazır olan xəmir qızartmasının reseptini təqdim edir.
Keçi Pəncəsinin tərkibi:
- 1 stəkan qatıq
- 1 çay qaşığı duz
- 1 paket qabartma tozu
- 2,5 stəkan un
Keçi Pəncəsinin hazırlanma qaydası:
Dərin bir qabda qatıq, duz və qabartma tozunu qarışdırın. Unu da əlavə edib yaxşıca yoğurun. Hazır xəmiri uzun rulon forması verib 2-3 barmaq qalınlığında dilimləyin. Bıçağın köməyi ilə xəmirin orta hissəsində kəsik atıb V hərfi formasında dilimlər hazırlayın. Xəmirləri tavada qızdırdığınız bol yağda hər iki üzü yaxşıca qızarana qədər qızardın. Xəmir qızartmalarını isti halda süfrəyə verin.
Nuş Olsun!