Çay Süfrəsi Üçün Ləziz “Ptifur” Tortu

Cay Sufresi Ucun Leziz Ptifur Tortu
Yields: 1 Serving

“Ptifur” tortu qara gavalı ilə hazırlanan çox ləziz tortdur. Evdar.az dadlı “Ptifur” tortunun reseptini təqdim edir.

Çay Süfrəsi Üçün Ləziz “Ptifur” Tortunun tərkibi:

Korjlar üçün:

  • 300 qr 20%-lik xama
  • 30 qr 82,5%-lik kərə yağı
  • 330 qr un
  • 4-5 qr soda

Kremi üçün:

  • 350 qr şəkər tozu
  • 300 qr 82,5 %-lik kərə yağı
  • 400 qr qara gavalı qurusu
  • 400 qr 20%-lik xama

Çay Süfrəsi Üçün Ləziz “Ptifur” Tortunun hazırlanma qaydası:

Korju hazırlamaq üçün bir qabda yumşaldılmış kərə yağı, xama +soda və un əlavə edib xəmir yoğurun. Xəmiri 6 hissəyə bölüb oxlovla nazik korjlar yayın. Diametri 18 sm-lik dəmir halqayla korju ölçüb kənarlarını kəsin. Bu qaydayla korjları yayın. Əvvəlcədən 280 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Bişən korjlar tünd olmamalı, bir az qızardılmalıdır.

Kremi hazırlamaq üçün otaq temperaturunda yumşaldılmış kərə yağını mikserlə yaxşıca çırpın. Üzərinə şəkər tozu əlavə edib qarışdırmağa davam edin. Xamanı da əlavə edib mikserlə həcmi artana qədər yaxşıca çırpın. Kremdən tortun üzərini bəzəmək üçün bir az ayırıb kənara qoyun. Qara gavalını ətçəkən maşından keçirib kremə əlavə edin və qarışdırın. Korjlara gavalılı krem yaxıb üst-üstə düzün. Tortun üzəri üçün kənara ayırdığınız kremlə tortu bəzəyin. Hazır tortu otaq temperaturunda 3 saat gözlədin, daha sonra 1 günlük soyuducuya yerləşdirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir