Category: Peçenyelər, Şirniyyatlar
Yields:
1 Serving
Şirniyyat istəyi gəldikdə saatlarla mətbəxdə vaxt keçirməyə ehtiyac yoxdur. Çox qısa zamanda yalnız 2 məhsulla ləziz peçenye hazırlayıb çayın yanında süfrəyə verə bilərsiniz. Evdar.az cəmi iki məhsulla hazırlanan ləziz peçenyenin reseptini təqdim edir.
Cəmi 2 Məhsulla İnanılmaz Ləziz Peçenyenin tərkibi:
-
2 stəkan qarğıdalı lopası (corn flakes)
-
180 qr bitter şokolad ( 70 % kakao
Cəmi 2 Məhsulla İnanılmaz Ləziz Peçenyenin hazırlanma qaydası:
Dərin bir qaba qarğıdalı lopalarını tökün. Şokoladı kiçik parçalara bölüb benmari üsuluyla əridin. Əriyən şokoladı qarğıdalı lopalarının üzərinə töküb bir qaşıq köməyi ilə ehtiyyatla qarışdırın. Yağlı kağız sərilmiş soba sinisinin üzərinə kiçik porsiyalarla şokoladlı peçenyedən aralıqlarla düzün. Otaq temperaturunda soyutduqdan sonra süfrəyə verə bilərsiniz.
Nuş Olsun!