Pastil istənilən meyvə lətindən hazırlanan, yüngül çeynəməklə və ya sovurmaqla yeyilən qəlyanaltıdır. Bu eynilə bölgələrimizdə müxtəlif meyvələrdən hazırlanan lavaşanadır. Buna meyvə lavaşı da deyilir. Tam təbii şəkildə hazırlanan xurma pastili isə karbohidratlar, minerallar və liflə zəngindir. Əhəmiyyətli bir antioksidantdır və çox sayda vitamin ehtiva edir. Xurmanın bol olduğu bu mövsümdə çox asan, faydalı və dadlı bir pastil hazırlayın. Evdar.az cənnət xurmasından hazırlanan meyvə lavaşının reseptini təqdim edir.
Cənnət Xurmasından Ləziz Pastila (Meyvə Lavaşı) nın tərkibi:
- tam yetişmiş xurma
Cənnət Xurmasından Ləziz Pastila (Meyvə Lavaşı) nın hazırlanma qaydası:
İlk öncə tam yetişmiş xurmaların qabığını lətindən ayırıb bir qaba qoyun. Əl blenderiylə yaxşıca püre halına gələn qədər əzin. Soba qəlibinə yağlı kağız sərib azca yağlayın. Xurma kütləsindən bir az yağlı kağızın üzərinə qaşıqla töküb nazik qat yayın. Bu qaydayla başqa sinilərə də töküb yayın. Sobanı 80 dərəcə qızdırıb qəlibləri sobaya yerləşdirin. Ancaq sobanın qapağını bir az aralı şəkildə saxlayın. 80 dərəcədə 2 saata tam quruda bilərsiniz. Və ya elektrikli meyvə qurudanla, otaq temperaturunda ya da balkonda 2-3 günə quruda bilərsiniz. Hazır pastilləri nazik təbəqə kəsib bükün. Zövqə görə arasına qoz ləpəsi qoyub bükə bilərsiniz.
Nuş Olsun!