Category: Qış Tədarükü, Sizdən Gələnlər
Yields:
1 Serving
Həm görünüşünə, həm də dadına görə hər kəsin sevdiyi çiyələk mürəbbəsinin reseptini təqdim edirik.
Tərkibi:
- 1 kq çiyələk
- 1 kq şəkər tozu
Hazırlanma qaydası:
İlk öncə çiyələklərin yarpaqlarından təmizləyib yuyun. Böyük bir qabın içərisinə az-az şəkər tozu və çiyələk əlavə edin. Şəkər tozu bütün çiyələklərin üstünü örtməlidir. Çiyələklərin suyu çıxanadək 2-3 saat kənarda saxlayın. Lakin qarışdırmaq olmaz. Çiyələklərin suyu çıxdıqdan sonra vam ocaqda bişməyə qoyun. Şəkər tozu əridikdən sonra ocağın altını artırıb təxminən 30 dəqiqə bişirin.
Müəllif : Lilparscake
Nuş Olsun!