Görünüşü iştahaçan və dadlı çiyələkli desert.
Tərkibi:
Xəmir üçün:
- 2 stəkan un
- 1 ədəd yumurta sarısı
- 175 qr soyuq kərə yağı
- 1/2 stəkan şəkər tozu
- 1 xörək qaşığı soyuq su
- 1/4 çay qaşığı duz
Kremi üçün:
- 2,5 stəkan süd
- 2 ədəd yumurta sarısı
- 1/2 fincan şəkər kirşanı
- 3 xörək qaşığı qarğıdalı nişastası
- vanil
- 1 xörək qaşığı kərə yağı
- 100 qr labne pendiri
Üzəri üçün :
- 500 qr çiyələk
Hazırlanma qaydası:
Tart xəmirini hazırlamaq üçün bir qabda un, şəkər tozu və duzu qarışdırın. Tədricən kiçik parçalara kəsdiyiniz soyuq kərə yağını əlavə edib qarışdırmağa davam edin. Üzərinə yumurta sarısı və soyuq su əlavə edib qarışdırmağa davam edin. Xəmiri əllə və ya xəmir qarışdıran mikserlə yoğurun. Xəmirin bişdikdə çatlamaması üşün çox yoğurmayın. Xəmirə görə unu azalda və ya çoxalda bilərsiniz. Tart xəmirini streç salafana büküb soyuducuda 30 dəqiqəlik yerləşdirin. Xəmiri soyuducudan götürüb az unlanmış dəzgahın üzərində yayın və tart qabına yerləşdirin. Xəmirin bərabər bişməsi üçün çəngəllə deşin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada xəmir açıq rəngə çevrilənə qədər təxminən 25 dəqiqə bişirin.
Kremi hazırlamaq üçün dərin bir qabda yumurta sarısını çırpın. Üzərinə şəkər tozu və qarğıdalı nişastası əlavə edib çırpımağa davam edin. Şəkər tozu tamamilə əriyəcək və qarışığın rəngi ağ olmalıdır. Soyuq südü kiçik bir qazançaya töküb üzərinə vanil ekstraktı əlavə edib vam odda qaynadın. Çırpılmış yumurta sarısını tədricən qaynar süd ilə qarışdırın və südün qabına töküb qaynadin. Tez-tez qarışdırın, qati krem olacaq. Ocaqdan götürdüyün krem qarışığına tədricən kərə yağı və labne əlavə edib 5 dəqiqə ərzində mikserlə çırpın. Ən azı bir saat soyuducuda saxlayın. Bişən tartın orta hissəsinə soyuducudan götürdüyünüz kremi töküb çiyələklərlə bəzəyin.
Müəllif:Lilparscake
Nuş Olsun!