Çox Asan Hazırlanan, Boyatlamayan, Südsüz, Qatıqsız Dadlı Keks

Yields: 1 Serving

Əgər süd və süd məhsullarına qarşı allergiyanız varsa, bu dadlı keksi hazırlamaqdan çəkinməyin. Allergiyanız olmasa belə, evdə süd və ya qatıq olmadıqda belə çox az tərkibli keks bişirə bilərsiniz. Evdar.az südsüz, qatıqsız keks reseptini təqdim edir.

Tərkibi:

  • 3 ədəd yumurta
  • 1 stəkan şəkər tozu
  • 1/2 stəkan duru yağ
  • 1,5 stəkan su
  • 2 paket vanil
  • 1 paket qabartma tozu
  • 3-3,5 stəkan un

Hazırlanma qaydası:

İlk öncə yumurta və şəkər tozunu yaxşıca çırpın. Üzərinə duru yağı və suyu əlavə edib çırpmağa davam edin. Yaxşıca çırpdıqdan sonra üzərinə vanil və qabartma tozunu əlavə edib yaxşıca qarışdırın. Az-az unu əlavə edərək qarışdırın. Keks qəlibini yağlayın və xəmiri qəlibə yayın. Keksi əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30-40 dərəcə bişirin. Bişən keksi sobadan çıxarıb otaq temperaturunda soyudun.

Əlavə qeyd:

  • İçində süd və ya qatıq olması onun qalxmasına mane olmur.
  • Zövqə görə keksə üzüm qurusu, qoz, fındıq kimi müxtəlif çərəzləri əlavə edərək keksinizi zənginləşdirə bilərsiniz.
  • Tərkibində süd və süd məhsulları olmadığı üçün boyatlamır, bərkimir.

Nuş Olsun!

2 Şərhlər

  1. Stəkan ölçülərini verərdiniz zəhmət olmazsa
    Və dəqiq olsun deyə soruşuram (Başda Mikserlə çırpırıq? Vanil Qabartma əlavə edildikdən sonra qaşıqla qarışdırırıq?) (Ehmalca bir qaydada? Yoxsa fərqi Yoxdu?)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir