Çox Ləzzətli Yaşıl Lobyalı Toyuq Çığırtması

Çox Ləzzətli Yaşıl Lobyalı Toyuq Çığırtması
Yields: 1 Serving

Nahara A, C, E, K, B qrupu vitaminləriylə zəngin yaşıl lobya və toyuq ətiylə çox ləziz yemək hazırlaya bilərsiniz. Evdar.az yaşıl lobyalı toyuq çığırtmasının reseptini təqdim edir.

Yaşıl Lobyalı Toyuq Çığırtmasının tərkibi:

  • 2-4 ədəd toyuq budu
  • 1-2 ədəd laym
  • 2 ədəd bolqar bibəri
  • 200 qr yaşıl lobya
  • 100 ml soya sousu
  • 60 ml küncüt yağı
  • 40 qr küncüt toxumu
  • zövqə görə duz, istiot

Yaşıl Lobyalı Toyuq Çığırtmasının hazırlanma qaydası:

İlk olaraq bolqar bibərini yuyub samanvari doğrayın. Təzə yaşıl lobyaları yuyub zövqə görə uzun halda saxlayın və ya doğrayın. Tavaya küncüt yağını töküb toyuq budlarını 3 dəqiqə qızardın. Üzərinə lobyaları və doğranmış bolqar bibərini əlavə edib qarışdırın. Soya sousu, duz və istiot əlavə edib tavanın qapağını örtüb 35 dəqiqə bişirin (su əlavə etməyin, tərəvəzlər suyunu buraxacaq). Hazır olan yeməyi süfrəyə verdikdə üzərinə laym suyu və küncüt toxumu səpin. Zövqə görə yaşıl lobyanı qulançarla əvəz edə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir