Dadı və Dizaynı Qonaqlarınızı Sevindirəcək “Günəbaxan” Salatı

Yields: 1 Serving

Orijinal və asan hazırlanan ad günü salatları axtarırsınızsa, günəbaxan çiçəyinə bənzəyən “Günəbaxan” salatını hazırlayın. Günəbaxan salatının dadı və dizaynı sizi və qonaqlarınızı sevindirəcək. Evdar.az ləziz salatın reseptini təqdim edir.

Günəbaxan salatının tərkibi:

  • 300 qr toyuq filesi
  • 300 qr göbələk
  • 2 ədəd yerkökü
  • 4 ədəd yumurta
  • 200 qr holland pendiri
  • mayonez
  • duz
  • qara zeytun, çips

Günəbaxan salatının hazırlanma qaydası:

İlk öncə toyuq filesini az duzlu suda bişirin. Yerkökü və yumurtanı da suda bişirin. Göbələyi doğrayıb az yağda qovurun. Bişib soyuyan toyuq filesini didin. Yerkökü və yumurtanı da sürtgəcdən keçirin. Salatı hazırlayacağınız qaba ilk öncə didilmiş toyuq filesini yayın. Duz səpib mayonez yaxın. İkinci qat olaraq yerkökü və yumurtanı yayıb mayonez yaxın. Bişib soyuyan göbələyi də yayıb mayones yaxın. Üzərinəsürtgəcdən keçirilmiş pendiri də səpin. Qara zeytunu doğrayıb salatı bəzəyin. Salatın kənar hissələrinə isə çips batıraraq günəbaxan çiçəyi dizaynı verin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir