Dadı Və Rəngi Göz Qamaşdıran Narnumru

Yields: 1 Serving

Azərbaycan meyvələrinin şahı nardan unikal bir yemək “Narnumru” hazırlaya bilərsiniz. Salyan mətbəxinin qeyri-adi və dadlı Narnumru yeməyi narla yumurtanın birləşmiş halıdır. Evdar.az dad və rəngin göz qamaşdırdığı yalnız 3 ərzaqla hazırlanan milli yeməyimizin reseptini təqdim edir.

Dadı Və Rəngi Göz Qamaşdıran Narnumrunun tərkibi:

  • 1 ədəd soğan
  • 1 stəkan nar dənəsi
  • 4 ədəd yumurta
  • qızartmaq üçün yağ
  • duz, istiot
  • üzəri üçün keşniş

Dadı Və Rəngi Göz Qamaşdıran Narnumrunun hazırlanma qaydası:

Bir tavada kərə yağını əridib üzərinə soğan tökün. Qızılırəng alanadək soğanları 10 dəqiqə qovurun. Üzərinə təmizlənmiş nar dənələrin töküb, qapağın qapısını örtün təxminən 10 dəqiqə zəif ocaqda bişirin. Daha sonra yumurtaları sarısın dağılmadan tavaya qovrulmuş narın üstünə sındırın. Duz və istiot səpib 5 dəqiqə yumurtaları da bişirin. Zövqə görə yeməyin üstünə doğranmış keşniş səpib süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir