Dadlı Qəlyanaltı: Saçaq Pendir Qızartması

Dadlı Qəlyanaltı Saçaq Pendir Qızartması
Yields: 1 Serving

Bu pendir qızartması tez hazırlanan yüngül və dadlı qəlyanaltıdır. Evdar.az saçaq pendir qızartmasının reseptini təqdim edir.

Saçaq Pendir Qızartmasının tərkibi:

  • saçaq pendir
  • un
  • su
  • yağ
  • limon suyu

Saçaq Pendir Qızartmasının hazırlanma qaydası:

İlk öncə saçaq pendirini istədiyiniz uzunluqda doğrayın. Dərin bir qaba doğranmış saçaq pendirləri qoyub üzəri dolacaq qədər su əlavə edin. Bir qaba un töküb sudan çıxarılmış pendirləri (suya qoymasanız un pendirə yapışmayacaq) una bulayın. Tavada yağı qızdırın. Qızdırılmış yağa una bulanmış pendirləri tək-tək, bir-birinə yapışmayacaq şəkildə düzüb hər tərəfli qızardıb. Qızatdıqdan sonra artıq yağı çəkməsi üçün kağız salfetin üzərinə düzün. Pendir qızartmasını süfrəyə verdikdə üzərinə limon suyu sıxın.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir