Hinduşka ətindən hazırlanan dadlı, doyumlu və ətirli yemək. Evdar.az ədviyyatlı hinduşka budunun reseptini təqdim edir.
Tərkibi:
- 1 kq 1 ədəd böyük hinduşka bud dibi (kiçikdirsə 2 ədəd )
- 3 xörək qaşığı kərə yağı
- 1/2 çay qaşığı üyüdülmüş zəncəfil
- 1 xörək qaşığı limon suyu
- 1/4 çay qaşığı dəfnə yarpağı tozu
- 1/4 çay qaşığı üyüdülmüş mixək
- 1/2 çay qaşığı istiot
- 1 çay qaşığı bibər tozu
- 1/4 çay qaşığı muskat qozu rəndəsi
- 1/8 çay qaşığı acı çili bibəri tozu
- 1/2 çay qaşığı üyüdülmüş hil
- zövqə görə duz
Hazırlanma qaydası:
Otaq temperaturunda yumşaldılmı kərə yağının üzərinə limon suyu və bütün ədviyyatları (duzdan başqa) töküb qarışdırın. Hinduşka bud dibini yuyub kağız dəsmalla yaxşıca qurulayın. Üzərinə duz istiot səpin. Barmaqlarınızı hinduşka budunun dərisin altına yapışdırın və dərini ətdən yüngül ayırın , ancaq çıxartmayın. Yaranan cibə yağ və ədviyyat qarışığını yaxın. Daha sonra bütün budu xaricdən yağlayın.Ətirli yağla yağlanmış hinduşka budunu soba sinisinə yerləşdirin və əvvəlcədən 230 dərəcə qızdırılmış sobada dərisi qızarana qədər təxminən 40 dəqiqə bişirin. Bişməsini yoxlamaq üçün bıçaqla qalın hissəsinə batırın, şəffaf şirə axmayacaqsa deməli bişmişdir ( budun ölçüsünə görə az və ya çox vaxt tələb edə bilər). Bişən bud dibini bir boşqaba qoyun və qabı ətlə birlikdə folqa kağızına bükün. Otaq temperaturunda 10-15 dəqiqə soyuduqdan sonra dilimləyib süfrəyə verə bilərsiniz.
Nuş Olsun!