Dadlı və Doyurucu Heyvalı Toyuq Salatı

Yields: 1 Serving
Heyva qışda bol olan və şəfa mənbəyi meyvələrdəndir. Heyvanı salata yaraşdıranlar bu ləziz salatı hazırlayıb süfrəyə verə bilər. Evdar.az heyvalı toyuq salatının reseptini təqdim edir.

Dadlı və Doyurucu Heyvalı Toyuq Salatının tərkibi:

  • 2 ədəd toyuq filesi
  • 1 ədəd iri ölçülü heyva
  • 2 ədəd iri ölçülü yerkökü
  • 2 ədəd orta ölçülü kartof
  • 2-3 ədəd turşu xiyar
  • 1 banka (orta ölçülü) konservləşdirilmiş qarğıdalı dənəsi
  • 1 dəstə şüyüd
  • duz, istiot
  • mayonez və xama

Dadlı və Doyurucu Heyvalı Toyuq Salatının hazırlanma qaydası:

İlk öncə toyuq filesini az duzlu suda bişirin. Bişən toyuq filesini sudan çıxarıb soyudun və didin. Yerkökü və kartofu da suda bişirib soyudun. Soyuyan tərəvəzləri kub formasında doğrayın. Heyvanı da çiy halda doğrayın. Şüyüdü xırda doğrayın. Dərin bir qabda didilmiş toyuq filesini, doğranmış kartof, yerkökü, heyva, turşu xiyar, şüyüd, suyu süzülmüş konservləşdirilmiş qarğıdalı dənəsi, duz, istiot, xama və mayonez əlavə edib qarışdırın. Hazır salatı süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir