Qısa müddətdə hazırlaya biləcəyiniz ləzzətli səhər yeməyi. Evdar.az dadlı və doyurucu qat-qat xəmirdə yumurta yeməyinin reseptini təqdim edir.
Dadlı Və Doyurucu Səhər Yeməyi-Qat-Qat Xəmirdə Yumurtanın tərkibi:
- 1 vərəq qat-qat xəmir
- 4 ədəd yumurta
- 1/4 stəkan rəndələnmiş pendir
- 2 xörək qaşığı doğranmış təzə çəfəri
Dadlı Və Doyurucu Səhər Yeməyi-Qat-Qat Xəmirdə Yumurtanın hazırlanma qaydası:
İlk öncə qat-qat xəmiri dəzgahın üzərinə yayın. Xəmirdən kvadrat formasında və ya dairələr kəsin. Soba qəlibinə yağlı kağız sərib aralarında təxminən 5 sm məsafə saxlamaqla xəmirləri yerləşdirin. Bütün dairələrin kənarlarını təxminən yarım santimetr hündürləşdirin. Soba qəlibini xəmirlərlə birlikdə 20 dəqiqə soyuducuda saxlayın. Soba sinisini soyuducudan çıxartdıqdan sonra dərhal əvvəlcədən 200 dərəcə qızdırılmış sobaya qoyun və təxminən səkkiz dəqiqə bişirin. Formanı sobadan götürdükdən sonra dairələrin ortasına pendir səpin və hər birinə yumurta sındırın. Dadlandırmaq üçün duz və istiot əlavə edin. Yumurtalar hazır olana qədər yenidən sobada təxminən 12 dəqiqə bişirin. Süfrəyə verməzdən əvvəl üzərini xırda doğranmış cəfəri ilə bəzəyin.
Nuş Olsun!