Dadlı Və Faydalı Banan Çipsi

Yields: 1 Serving

Film seyr etdikdə çips yemək olduqca xoşdur. Ancaq bu çipslər sağlam, faydalı çipslər olmalıdır. Mağazada satılan qablaşdırılmış meyvə çipslərində yüksək fruktozalı qarğıdalı siropu və yağlar var. Evdar.az qablaşdırılmış çipsləri unutduracaq dadlı və faydalı ev şəraitində hazırlanmış banan çipsinin reseptini təqdim edir.

Dadlı Və Faydalı Banan Çipsinin tərkibi:

  • 1 ədəd banan
  • yarım limonun suyu

Dadlı Və Faydalı Banan Çipsinin hazırlanma qaydası:

Bananın qabığını soyub nazik halqalar şəklində dilimləyin. Yağlı kağız sərilmiş soba sinisinə banan dilimlərini bir-birinə dəyməyəcək aralıqlarda düzün. Yarım limonun sıxılmış suyunu fırçayla banan dilimlərinin üzərinə yaxın. Əvvəlcədən 150  dərəcə qızdırılmış sobada 1-1,5 saat bananlar quruyanadək bişirin. Soyuduqdan sonra çipsləri süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir