Category: Qəlyanaltılar
Yields:
1 Serving
Göbələk paşteti sizin xilaskarınıza çevriləcək, çünki o, çörəyin üzərinə yaxıla və ya pirojkilər, sendviçlər üçün içlik kimi istifadə edilə bilər. Bu çox dadlı, zərif, ucuz və asan hazırlanan qəlyanaltıdır. Evdar.az ləziz göbələk paştetinin reseptini təqdim edir.
Dadlı və Ətirli Qəlyanaltı-Göbələk Paştetinin tərkibi:
- 300 qr göbələk
- 1 ədəd yerkökü
- 1 ədəd soğan
- 180 qr 5-9 % yağlılığı kəsmik
- 1 çay qaşığı duz
- duru yağ
Dadlı və Ətirli Qəlyanaltı-Göbələk Paştetinin hazırlanma qaydası:
İlk öncə göbələkləri doğrayın. Tavaya duru yağ töküb doğranmış göbələkləri 5 dəqiqə qovurun. Yarım halqa doğranmış soğanları da əlavə edib qovurmağa davam edin. 7 dəqiqə sonra sürtgəcdən keçrilmiş yerkökünü də əlavə edib qarışdırın. Yüngül qovrulan ərzaqları ocaqdan götürüb blenderin qabına tökün. Üzərinə zövqə görə duz, istiot və kəsmik əlavə edib yaxşıca qarışdırın. Krem halına gələn paşteti süfrəyə verə bilərsiniz.
Nuş Olsun!