Yaz-yay fəslinin ləziz giləmeyvəsi çiyələkdən evdar xanımlar mürəbbə hazırlayır, şirniyyatda istifadə edir. Çiyələk saplağından isə desert və salatlarınızda istifadə edə biləcəyiniz dadlı sirkə hazırlaya bilərsiniz. Evdar.az çiyələk sirkəsinin reseptini təqdim edir.
Çiyələk Sirkəsinin tərkibi:
- 500 qr çiyələk saplağı
- 2 stəkan sirkə
Çiyələk Sirkəsinin hazırlanma qaydası:
Çürüməyən, saplağı saralmayan çiyələyi yaxşıca yuyun (və ya sirkəli suda isladıb bir neçə dəfə yuyub süzün). Daha sonra çiyələyin saplağını təmizləyib başqa bir qaba qoyun. 1 orta ölçülü şüşə üçün təxminən 500 qram çiyələk saplağı kifayətdir. Daha çox sirkə almaq istəyirsinizsə, daha çox saplaqdan istifadə edə bilərsiniz. Çiyələk saplaqlarını bağlaya biləcəyiniz bir konteynerə və ya bankaya tökün. 500 qr çiyələk saplağının üzərinə 2 stəkan sirkə tökün. Hazırladığınız sirkəni qapalı, sərin, quru və qaranlıq yerdə 10 gün saxlayın.
10 gündən sonra üzərində kif kimi bir təbəqə görəcəksiniz. Bu təbəqə hər şeyin yaxşı olduğuna işarədir. Daha sonra saplaqları süzün və sirkəni təmiz bir şüşə qaba tökün. Sirkəniz hazırdır! Salatlara və desertlərə çox yaraşacaq bu resepti mütləq sınayın.
Nuş Olsun!