Dillərə Dastan “Dubay Şokoladı” Dadında Çizkeyk

dillere destan dubay sokoladi dadinda cizkeyk.1jpg
Yields: 1 Serving
Bu resept təkcə Dubay şokoladının pərəstişkarlarını deyil, həm də heç vaxt dadmayanları cəlb edəcək. Evdar.az adı və dadlı dillərə dastan olan “Dubay şokoladı” dadında çizkeyk reseptini təqdim edir.

Adı və Dadı Dillərə Dastan Olan “Dubay Şokoladı” Dadında Çizkeyk

Dubay Çizkeykinin tərkibi:

İçlik üçün:
  • 500 qr kəsmikli pendir
  • 200 ml  33%-lik qaymaq
  • 80 qr şəkər kirşanı
  • 2 ədəd yumurta

Alt qatı üçün:

  • 320 qr peçenye
  • 120 qr kərə yağı

Ara qatı üçün:

  • 120 qr tel kadayıf
  • 1 xörək qaşığı tahin
  • 3 xörək qaşığı araxis (püstə) pastası

Şokoladlı qlazur üçün:

  • 100 qr südlü şokolad
  • 20 ml bitki yağı

Dubay Çizkeykinin hazırlanma qaydası:

Alt qatı hazırlamaq üçün peçenyeləri blenderdə toz halına gələnə qədər xırdalayın. Üzərinə əridilmiş kərə yağı əlavə edib qarışdırın. Yağlı kağız sərilmiş diametri 20 sm olan dairəvi qəlibə peçenye kütləsini yayın, yan hissələrinə də forma verin. Qəlibi soyuducuya yerləşdirin.

İçliyi hazırlamaq üçün soyuq qaymaq, qaymaqlı pendir, şəkər tozu və yumurtanı mikserlə və ya tel çırpıcıyla çırpın. Qəlibi soyducudan çıxarın alt qatın üzərini hazırladığınız içliyi yayıb hamarlaşdırın. Sobanın alt rəfinə bir qab ilıq su, orta rəfə isə çizkeyk qabını yerləşdirin. Əvvəlcədən 130 dərəcə qızdırılmış sobada 1,5 saat bişirin. Sobanı söndürüb çizkeyi qapısı bir az açıq halda sobada soyudun.

Ara qatını hazırlamaq üçün tel kadayıfı əvvəlcədən kəsin, quru tavada qızılı rəngdə olana qədər qızardın və soyumağa qoyun. Daha sonra qovrulmuş tel kayayıfın üzərinə  tahini və püstə pastasını əlavə edib qarışdırın. İçliyi soyuyan çizkeykin üzərinə yayın.

Şokoladlı qlazurlu hazırlamaq üçün şokoladı mikrodalğalı sobada və ya benmari üsulu əridin. Üzərinə bitki yağı əlavə edib qarışdırın. Çizkeykin üzərinə şokoladlı qlazuru töküb yayın və ən azı 3-4 saat soyuducuda saxlayın ( və ya bir bir gecə soyuducuda saxlayın). Zövqə görə bəzəyin.

Ən dadlı desert reseptləri Ən Dadlı Kulinariya Saytında!

Nuş OLsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir