Dopu Qabda (Güvəçdə) Dana Ürək Qovurması

Yields: 1 Serving

Dana ürəyində çoxlu selen, fosfor, koenzim Q10 var.  Aşağı kalorili dəyəri ilə pəhriz saxlayanların siyahısına da uyğunlaşan dana ürəyi, dəmir və fosfor qaynağı olduğu üçün dəmir çatışmazlığının aradan qaldırılmasında köməkçi olur.

Dana ürəyinin saysız faydalarından faydalanmaq üçün sizə dana və ya quzu ürəyi ilə dopu qabda hazırlanan dadlı yeməyi bişirməyi təklif edirik. Evdar.az dopu qabda (güvəçdə) dana ürəyi qovurmasının  reseptini təqdim edir.

Dopu Qabda (Güvəçdə) Dana Ürək Qovurmasının tərkibi:

  • 1 ədəd dana ürəyi və ya 4-5 ədəd quzu ürəyi
  • 1 xörək qaşığı kərə yağı
  • 1 ədəd acı çili bibəri
  • 1 ədəd çarliston bibər
  • 2 ədəd pomidor
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı istiot
  • 1 çay qaşığı qırmızı pul bibər
  • 1/2 çay qaşığı kimyon (cirə)
  • 1 çay qaşığı kəklikotu

Dopu Qabda (Güvəçdə) Dana Ürək Qovurmasının hazırlanma qaydası:

İlk öncə təmizlənmiş ürəyi 15-20 dəqiqə soyuq suda gözlədin. Daha sonra yuyub kub formasında doğrayın.
Kərə yağını tavada əridin. Doğranmış ürək ətini tavaya əlavə edin və daim qarışdıraraq təxminən 5 dəqiqə bişirin. Doğranmış bibərləri və pomidoru əlavə edib suyu çəkilənə qədər bişirməyə davam edin. Üzərinə ədviyyatları da əlavə edib qarışdırın.  Qovrulan yeməyi dopu qaba (güvəcə) töküb əvvəlcədən 190 dərəcə qızdırılmış sobada təxminən 20 dəqiqə bişirin. Sobadan çıxarıb isti halda süfrəyə verin. İnsanların sayından asılı olaraq kiçik və ya böyük güvəçlərə üstünlük verilə bilər. Ətə bibər və pomidordan əlavə zövqə görə kartof və göbələk əlavə edə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir