Doyurucu və Faydalı Pomidorlu Yaşıl Mərcimək Salatı

Yields: 1 Serving

Gündəlik menyu üçün doyurucu və faydalı salat. Salat asan və tez hazırlanır. Çox vaxt itirməmək üçün mərciməkləri təlimatlara uyğun olaraq əvvəlcədən bişirin. Evdar.az pomidorlu yaşıl mərcimək salatının reseptini təqdim edir.

Pomidorlu Yaşıl Mərcimək Salatının tərkibi:

  • 300 qr mərcimək (qaynadılmış)
  • 200 qr pomidor
  • 1 ədəd bolqar bibəri
  • 1 dəstə cəfəri
  • 2 xörək qaşığı zeytun yağı
  • 2 çay qaşığı limon suyu
  • 1 çay qaşığı ədviyyat

Pomidorlu Yaşıl Mərcimək Salatının hazırlanma qaydası:

İlk öncə pomidor və bibəri kiçik kub formasında doğrayın. Göyərtini də doğrayın. Əvvəlcədən qaynadılmış (soyuyan) mərciməyin üzərinə doğranmış pomidor, bibər və cəfəri əlavə edib qarışdırın. Salata zeytun yağı və limon suyu,  zövqə görə ədviyyatlar əlavə edin.

Əlavə qeyd:

  • Mərcimək növündən asılı olaraq 15-40 dəqiqə bişirilə bilər.
  • Mərciməyi daha sürətli bişirmək üçün bişirməzdən 3-4 saat əvvəl və ya bir gecə suda islatmaq olar.

Yaşıl mərciməyin faydaları nələrdir?

  • Əzələ inkişafını dəstəkləyən yaşıl mərcimək əzələləri gücləndirmək baxımından da çox faydalı qidadır.
  • Bol lif ehtiva edir və müntəzəm olaraq istehlak edildikdə enerjili hiss edirsiniz.
  • Ürək sağlamlığı üçün çox faydalı qidadır.
  • Pis xolesterinin səviyyəsini aşağı salır.
  • Orqanlardakı zədələnmələrə bərpaedici təsir göstərən yaşıl mərcimək, həm də zədələnmələrin yaranmasının qarşısını alır.
  • Şəkərli diabet xəstələrinə müalicə müddətində yaşıl mərcimək tövsiyə olunur.
  • Tərkibində bol maqnezium olan yaşıl mərcimək ürək-damar xəstəliklərinə də çox faydalıdır.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir