Ekler Üçün Dadlı Patisyer Kremi

Yields: 1 Serving

Patisyer kremi (crème pâtissière)- bişmiş kremlərin növlərdən biridir. Fransız şirniyyatlarında Patisyer kremi geniş istifadə olunur. Evdar.az tortlarda, pirojnaların doldurulmasında istifadə olunan çox zərif və dadlı kremin reseptini təqdim edir.

Tərkibi:

  • 250 ml süd
  • vanil çubuğu
  • 60 qr şəkər tozu
  • 3 ədəd yumurta sarısı
  • 25 qr qarğıdalı nişastası
  • 25 qr kərə yağı

Hazırlanma qaydası:

Vanil çubuğunu südə tökün və südü ocağa qaynamağa qoyun. Bir qabda şəkər tozu,yumurta sarısı və nişastanı qarışdırın. Qaynayan süddən çox az yumurtalı qarışığa töküb dayanmadan qarışdırın (yumurtalar bişməsin deyə). Daha sonra qalan südü yumurtalı qarışığa tökərək tel çırpıcıyla ara vermədən qarışdırın. Zəif odun üzərində qazanda 2 dəqiqə bişirin. Kasaya töküb streç salafanla üzərini örtüb soyuducuda soyudun. Soyuyan qarışığa kərə yağı əlavə edib mikserlə çırpın. Alınan kremi bişmiş pirojnalara, eklerə, korjlara yaxa bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir