Category: Desertlər
Yields:
1 Serving
Çay süfrələrinin əvəzolunmazı olan qəndi özünüz ev şəraitində bişirin. Evdar.az ağızda əriyən bişmiş südlü qəndin reseptini təqdim edir.
Ev Şəraitində Ağızda Əriyən Bişmiş Südlü Qəndin tərkibi:
- 5 stəkan (xrustal) şəkər tozu
- 1,5 stəkan süd
- qoz ləpəsi
- zövqə görə keşniş toxumu, hil, darçın, mixək tozu
Ev Şəraitində Ağızda Əriyən Bişmiş Südlü Qəndin hazırlanma qaydası:
Bir qazana şəkər tozu tökün. Üzərinə südü orta ocaqda dayanmadan qarışdıraraq qaynadın. Qaynamağa başladıqdan 2-3 dəqiqə sonra ədviyyatları və xırda doğranmış qoz ləpəsini əlavə edib qarışdırın. Qazanın divarları xarlayan kimi olacaq, köpüklər çoxalacaq, nisbətən ağarıb qatılaşacaq. Artıq bişən qəndi ocaqdan götürüb yağlanmış siniyə töküb yayın. 2-3 dəqiqədən sonra stəkanın alt hissəsiylə bişirdiyiniz qəndin üstündən basın ki, kütlə sıxılsın. Bərkiməsi üçün qəndi kənara qoyun. Bərkiyən qəndi qənd doğrayanla doğrayıb çayla nuş edə bilərsiniz.
Nuş Olsun!