Ev Şəraitində İskəndər Kababı

Yields: 1 Serving

İskəndər 19-cu əsrdə restoran işlədən bir gəncin əti fərqli üsulla bişirdiyi zaman ortaya çıxan yeməkdir. Gəncin adını daşıyan bu yemək Bursanın yerli dadına çevrilib. Vətəni Türkiyə olan İsgəndər bir çox Avropa ölkələrində də istehlak olunur. Qida dəyəri ilə zəngin olan İsgəndər kababı əzələ və sümük inkişafını dəstəklədiyi üçün idmançıların siyahısında da öz yerini alıb. Evdar.az “evdə İskəndər olarmı?” deyənləri təəccübləndirəcək ev şəraitində İskəndər kababının reseptini təqdim edir.

Tərkibi:

Dönər üçün:

  • 500 qram yağsız qiymə
  • 3 xörək qaşığı manna yarması
  • 3 xörək qaşığı qatıq
  • 1 ədəd rəndələnmiş soğan
  • yarım çay qaşığı soda
  • 1 çay qaşığı istiot
  • 1 çay qaşığı kəklikotu
  • 1 çay qaşığı duz

Sousu üçün:

  • 2-3 ədəd pomidor
  • 1 xörək qaşığı kərə yağı
  • 1 xörək qaşığı tomat pastası
  • 1 çay qaşığı çili bibər pastası
  • 1 çay qaşığı istiot
  • 1 çay qaşığı duz
  • pide çörəyi

Üzəri üçün:

  • 1 xörək qaşığı kərə yağı
  • 3 ədəd qovrulmuş yaşıl bibər
  • qatıq

Hazırlanma qaydası:

Dönəri hazırlamaq üçün bir qabda qiymə, manna yarması, rəndələnmiş sarımsaq, qatıq, soda, duz, istiot və kəklikotu töküb yaxşıca qarışdırın. Hazırladığınız kütləni dörd barmaq hündürlüyündə rulon forması verin. Streç salafana büküb bir gecə soyuducuda saxlayın.

Sousu hazırlamaq üçün rəndələnmiş pomidor, kərə yağı, tomat pastası, çili bibər pastası, istiot və duzu qazana töküb bişirin. Pide çörəyini kub formasında doğrayıb soba sinisinə yerləşdirin. Rulet formasında büküb soyuducuda gözlətdiyiniz əti soyuducudan çıxarın, otaq temperaturunda çox gözlətmədən dilimləyib çörəklərin üzərinə qoyun. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada qızılı rəng olana qədər bişirin. Sobadan çıxarıb üzərinə sousu tökün. Ərinmiş kərə yağı töküb qatıqla süfrəyə verin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir