Ev Şəraitində Toyuq Kolbasasının tərkibi:
- 1 bütöv toyuq
- 1 ədəd yerkökü
- 1 ədəd soğan
- 10 dənə yumru istiot
- 4 diş sarımsaq
- 10 qr jelatin
- 1 xörək qaşıq çuğundur şirəsi
- duz, acı bibər tozu, istiot
- dəfnə yarpağı
Ev Şəraitində Toyuq Kolbasasının hazırlanma qaydası:
İlk öncə bütöv toyuqu içi su dolu qazana yerləşdirin. Qazanı orta odda qaynamağa qoyun. Toyuğun bişməyinə 20-30 dəqiqə qalmış qabığı soyulmuş yerkökü, soğan, dənə istiot və və duzu bulyona töküb daha bir neçə dəqiqə qaynadın. Dəfnə yarpağını da əlavə edib yerkökü yumşalanadək bişirin. Bişən toyuğu bulyonundan ayırın. Soyuyan bişmiş toyuğu didərək sümüklərindən və dərisindən ayırın. Hazır süzülmüş bulyondan 120 ml götürüb üzərinə jelat töküb qarışdırın. Çuğundur şirəsi üçün çuğunduru rəndələyib təmiz tənzif arasında sıxaraq şirəsini çıxarın. Bir qaba və ya blenderin qabına didilmiş toyuq əti, duz, istiot, acı bibər tozu, sarımsaq və çuğundur şirəsini də əlavə edib blenderlə yaxşıca qarışdırın. Hazır kütləni yuyulmuş təmiz “coca-cola” plastik şüşəyə hava qalmayacaq şəkildə doldurun. 12 saatlıq soyuducuya yerləşdirin. Ev şəraitində təbii kolbasanızı dilimləyib süfrəyə verə bilərsiniz.
Nuş Olsun!