Ev Şəraitində Xırçıldayan Alça Turşusu

Yields: 1 Serving

Restoranlarda yeməklərin yanında süfrəyə verilən alça turşusunu özünüz ev şəraitində hazırlaya bilərsiniz. Evdar.az çox ləzzətli və xırçıldayan alça turşusunun reseptini təqdim edir.

Tərkibi:

1 kiloluq banka üçün

  • kiloluq banka üçün təxminən yarım kq yaşıl alça
  • 1 xörək qaşığı qaya duzu
  • 1 çay qaşığı şəkər tozu
  • yarım çay qaşığı limon duzu
  • 3-4 diş sarımsaq
  • 1 stəkan üzüm və ya alma sirkəsi
  • qaynar su

Yarım kiloluq banka üçün:

  • yarım kiloluq banka üçün təxminən 250 qr alça
  • yarım xörək qaşığı qaya duzu
  • yarım çay qaşığı şəkər tozu
  • 3-4 dənə limon duzu
  • 2 diş sarımsaq
  • yarım stəkan alma və ya üzüm sirkəsi
  • qaynar su

Hazırlanma qaydası:

İlk öncə alçaları yaxşıca yuyun. İstifadə edəcəyiniz bankaları və qapaqları da qaynar sudan keçirin. Alçaları bankalara doldurun. 1 kiloluq banka üçün 1 xörək qaşığı qaya duzu tökün, 1 çay qaşığı şəkər tozu, 1 çay qaşığı limon duzu, 3-4 diş sarımsaq, 1 stəkan üzüm və ya alma sirkəsi tökün. Üzərinə qaynayan isti suyu dolana qədər tökün. Təzə, heç işlənməmiş qapaqlarlarla bankaları bağlayıb tərs çevirin. Bu şəkildə 1 gün turşuları saxlayın. 1 gün sonra turşuları çevirib sərin bir yerdə saxlayın. 10 gün sonra açıb istifadə edə bilərsiniz və ya qış üçün saxlaya bilərsiniz. Bu reseptlə hazırladığınız turşular heç xarab olmadan, sərin yerdə istədiyiniz qədər saxlamaq olar.

Yarım kiloluq bankalarda hazırlamaq üçün yuxarıda verdiyimiz reseptlə hazırlaya bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir