Category: Dondurmalar
Yields:
1 Serving
Dondurma həvəskarları üçün olduqca ləzzətli ev şəraitində Snickers dondurması. Evdar.az asan hazırlanan snickers dondurmasının reseptini təqdim edir.
Tərkibi:
- 2 ədəd Snickers şokoladı
- yarım stəkan qatılaşdırılmış süd
- 1 stəkan süd
- 1 stəkan qaymaq
- yarım stəkan şokolad sousu
Hazırlanma qaydası:
Bir qabda snikersi və qatılaşdırılmış südü su hamamında əridin. Əriyən qarışığı başqa bir qaba tökün, süd, qaymaq və şokolad sousu ilə qarışdırın. 2 saat soyuducuda gözlədin. Qarışığı soyuducunun dondurucu gözünə yerləşdirin və 2 saat dondurun. Dondurma hazırdır.
Nuş Olsun!