Ev Şəraitində Mayasız Çörək

Yields: 1 Serving

Hər evin əsas ehtiyaclarından biri olan çörək, evdə hazırlandıqda daha faydalı olur. Ləzzətli çörəyi evdə maya olmasa belə hazırlamaq olar. Bir çox insan “Mayasız çörək olurmu?” deyə təəccüblənir. Şeflər mayasız çörəyi uzun müddət saxlamaq olduğunu və eyni zamanda təzəliyini qoruduğunu vurğulayır. Evdar.az ev şəraitində mayasız çörəyin reseptini təqdim edir.

Tərkibi:

  • 1 stəkan su
  • 1 stəkan süd
  • 1,5 çay qaşığı duz
  • 1 xörək qaşığı maye yağ
  • 1 paket qabartma tozu
  • 2,5 – 3 stəkan un

Üzəri üçün:

  • Küncüt və çörəkotu

Hazırlanma qaydası:

Bir qabda su, süd, duz, maye yağ və qabartma tozunu qarışdırın. Üzərinə unu da az-az töküb ələ yüngül yapışacaq konsistensiyada yumşaq bir xəmir yoğurun. Çox yoğurmamağa diqqət edin. Xəmiri yağlanmış və unlanmış nimçəyə tökün. Üzərinə küncüt və çörəkotu səpib əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə bişirin. İsti çörəyi süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir