Yerfındığı (araxis, fıstıq) əzməsi yüksək protein tərkibi, sağlam yağlar, vitaminlər və minerallarla zəngin qida mənbəyidir. Ürək sağlamlığından əzələ inkişafına, çəki nəzarətindən beyin funksiyalarına qədər bir çox sahədə faydalıdır. Şəkərsiz araxis pastasını ev şəaritində tam təbii üsulla hazırlaya bilərsiniz. Evdar.az şəkərsiz yerfındığı əzməsinin reseptini təqdim edir.
Ev Şəraitində Şəkərsiz Yerfındığı Əzməsinin tərkibi:
-
400 qr yerfındığı
-
2 xörək qaşığı bal və ya bəkməz
-
2 xörək qaşığı zeytun yağı
Ev şəraitində Şəkərsiz Yerfındığı Əzməsinin hazırlanma qaydası:
Təmizlənmiş yerfındığı blenderin qabına tökün. Üzərinə bal və zeytun yağı əlavə edib fasilələr verərək yaxşıca əzin. Balın əvəzinə bəkməz istifadə edə bilərsiniz. Blenderin içində qarışdıqda kənarlarına yapışa bilər, ona görə də kənarlarını spatulayla sıyıraraq yenidən çəkməyə davam edin. Çox yağ buraxacaq və maye konsistensiyasında olacaq. Şəkərsiz araxis pastasını bankaya doldurub 2-3 həftə soyuducuda saxlaya bilərsiniz.
Nuş Olsun!